sanki çox önəmli imişik?
Boynunu əy cəbr gəlir
Ösgürürəm səbr gəlir
Sözcüklər yazı olmalı
Yazı oxuyanlar gicəlir
Sanki birşeylər biləcəkmişik, sanki birşeyləri çözəcəkmişik. Otur yerində yəni. Əyləş bəy. Sanki çox böyük işlər bacaracqmış. Sanki deyəsən. Axmaqlıqları sevən bir ağıllı ola bilərmi hə? Ağlımdan şüphə duysam özümə nə xeyri var axı? Mənlə ilgisi olanları söyləyin arxadaşlar. Sən söyləginən əslən. Ki nə olsunnlarıma bir söyüş lazımdı yəni. Burax yaxamı da. Nədi belə elə sabah birigün dünən. Bir yol deginən yastıq gətirin da.
Yastığımız qırmızı
Saxlamırıq qırımızı
Çalın vurun oynayın
Alın aparın qızımızı
Bir də ki daşlarımız olur qiymətli. Utandırısız yəni. Utanmırsız heç? Utanın istəsəz yerə girin. Istəməz gözüm üstə. Yəni ki bir acıqdan yana özümüzü asmıyacayıq ki hə?
Asmarıq aldanmış olan boynunu
Basdırarıq əda bəzəyən qoyununu
Bir davar olsam get özündən utan
Açma gələn gedənlərə qoynunu
Bəli, Əziz və hörmətli qoyunlar. Hamı birlikdə ağzımızı açıb deyəcəyik bə. Kilası olmasa deyəcəyik bəli. yenə də kilas lazım olsa özümüzü sərimişik sanacağıq. Dağıdacağıq dağılması göz önündə olan dağı. Yıxacağəq bizim yararımıza olmayan bağı, Kainatı, qarışqanı, adamı sanki çöx önəmli imişik.

