Demək ki ölmək üçün həyat lazım olurmuş
what is the meaning of this by !xninjaxgrrlx
Səsim ucalsa səsimi yığıb belimə aparram dağa, dağda qatar varsa bir uçaq kiralaram. Uçurd göyə uçağım, qaçırd məni də sözlərimi də apar ki lazım deyilmiş bütün olanlar və olmuyanlar. Lazım deyilmiş pozğun əsəb. Adam lazım deyilmiş. Dişlərim ağrısa mən bu həyatı neylirəm. Yazılarımıza qoyulmur, əsəblərimiz yerindəmi yəni. Standardıqmı. Poxa batsın demək ki. Qoy batsın poxlarımız da poxa. Poxdan şaqalat çıxır indiki zamanda deyirlər. İndiki zamanda çox adam var deyirlər. Poxlarımız da çoxalıbmı yəni? Poxlarımıza sahab çıxan yer kürəsi dolacaq fazilablarımızla, tüstü ilə, asfaltla. Qoy gedsin günlər hə. yaxşı bilmişik sonumuzu necə gətirək. Qoy geçsin günlər hə, qoy yaşlarımız qocalsın. Başlarımız ağasın. Sümüklərimiz torpaq olsun. Torpaq bar versin ancaq bu dönə xiyar olaq. Qoy geçsin əsirlər biz də yox olaq ancaq. Bəlkə yox olsaq salamat qallıq. Əzizlərimiz mənə bir qulaq asın axı. Danışmaq üçün iki sözcük hərdən doğulur, su verirəm. Yazmaq üçün sözcük fışqırır demək ki. Yaz da, sən ki vecində deyil günəş. Yaz da, hərdən güləş əzabsız anlarınla. Nə qədər də sözcük yorsaq ərincəklik qanımıza, qarqışlamı soxulmuş? qarqışın nə zaman lazım olduğunu bilək bəs. Biz doğulandan ərincəyik demək. Biz ərinmişik ki adamlar kimi də olaq. Biz fəxr edilməli böyük bir varolmuşluğuq. Bizə çörək lazımdır ancaq. Çörək lazımdırsa nəyə yaşıyaq. Yaşamaqan başqa, ayrı şey də başarmırıq. Biz varıq bəs zardı işimiz. İşimiz zar olanda pis vaxtlarımızdı. Payımız azar olanda pis zamanlarımızdı. Biz azarlarımızı bölmədik. Biz dərdlərimizi sevmədik. Qaldıq uçurumların kəlləsinin başında. Daşdıq sulara. Başlarımıza qar yağıb, yağış yağıb, quş sıçıb. Biz başlanğıcdan bəri başlamışıq. Biz yaşayışımızın ancaq ki yaşamışıq. Yaşlanmışıq. Yazımızı uzadmağa maneimiz yoxdur yəni. Yazımızı azdırmışıq. Üzümüzü asmışıq indi. Asılması yaddan çıxmış bir üz asılırsa demək ki həyat var o üzdə bəs. Bu mənə yaraşmaz ki ancaq. Kilası yoxdur qardaş. Kilas lazımdı kilasbaza. Kilas lazımdı həvəsbaza. Kilas lazımdı ətrafındakılara. Hamıya diqqət lazımdırsa bəs niyə yaşıyaq. Bəs sən niyə öküzsən? bəs niyə yaşıyasan. Adam lazımdı danışa məsələn. Qardaş sən bir sözcüklə min nəfəri yazıq eliyə bilərsən demək ki.
Demək ki var olmağa, nədən lazım olurmuş
Demək ki qəbrin içinə, bədən lazım olurmuş
Demək ki göy və bulutlar, hərdən lazım olurmuş
Demək ki sevgili günəşlə, bəzi şeylər solurmuş
Demək ki səbrin tükənib, gözlərin də dolurmuş
Demək ki günəş çıxanda, sözlərin qutulurmuş
Demək ki vaylar ucalıb, sular eşdə donurmuş
Demək ki hərdən yazılar, mənalarından olurmuş


