Yarpaqlı, güllü vicdan əzabı

ماتاخ یاریِنیِ, عرَب اَلیفباسیِندا اوخوُ

Owl by =Kikariz

Sözcüklərin rəngi solub saqqız olub çeynərik ancaq ki, əcəbdir əgər hey eylə ola bilmərik. Yaz yazarım, qönçəli yaz güllü yazın budaqların çiçəklərin yazgınan axı yaz da var. Yaz ki, yağışlar da var hərdən yağar. Yaz yağışın damcıların yazgınan. yaz ki, bulut göydə olar ay da var. Gecələrmi gündüz edən günəş var. Gündüzümüzü duzlu edən çiçək var. Aç gözünü göydə bir kəpənək var. Qaçar uçar addanar ordan bura. At özünü çıx biraz artıq darıxıbdır yuvan. Çıx otağın bəlkə tək olmaq istər. Çıx deyirəm daldada səni pislər. Çıx yağışın yağdığı yerlərdə get. Çıx tökülən yarpağı gəzdirmiş olan yellə get. Qaç ki qaçar əlindən hərdən eşik. Döz bir görək özünlə neyləmişik. yapış yaxandan itələ yellərə. hərdən də birdən sərələrən torpaq olan yerlərə. Torpaq olan yerdə qurdlarımız var. salam yetir biz də salamımız var. Aç əliyən bir neçə daş yığ qaçaq. daş deyir aç əllərini biz uçaq. At daşı dəysin suya uçsun göyə. maması balıq üstünə gəlmiş söyə. Yaratıq olan insanın əslində nədir məqsədi. Gözləri var. Qulağı var. Duyğusu var hissləri. Gəl işığım qaranlıqdan biraz çıxard bizləri. Qaranlığım qısqanıb hey sizləri. Qaşqabağım qoymaz görünsün günəş. Gəl birazcıq qaralı boyamla güləş. Qaralı boyam güclü bir yaratıqdır. Yenilməz ancaq ki işıq yazıqdır. Gəl işığım yıx bu dönə bizləri. Biz də biraz yazaq bu yaz qışları, payizləri.

Yaralı işıq, qəmli işıq, can işıq
varlığını saymıyıb, qaralmışıq
Güclü qara, gözəl qara, can qara
bağışla ki, bu yazını yazmışıq

~ by Xoxan Q. on Oktyabr 28, 2010.

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

 
Follow

Get every new post delivered to your Inbox.