Adım Əbləğətdir, soyadım isə Ərqutan

عرَب اَلیفباسندا اوخوُ گؤروٌم

Crazy Gaz. by ~laurencecc

Adım Əbləğətdir, Soyadım isə Ərqutan. Salamat qalın. Mən sağam. Bir pəncərə var otağımda salam yetirir. Hərdən işıq-mişıq otağa gətirərmiş. yekə işlərə baxar. səfehdir. Səfehliyini sevdim doğrusu. yaxşı səfehlər əladılar. Yaxşı insanlar diskindirir. Əh əh yaxşı adlanan insanlar nə də pisdilər. nə bilim pislərimiz çox da pis deyil ancaq. Əcəb zəmanədi ancaq. Elə zaman gəlib ki adamın beli ağrır. Elə zamandır ki adamların barmağı var. Bu, əcayib zəmanədi. Əxlaqlılar paltara bürünür. Yazıq əxlaqsızlar. Yazıq bizlərə əslən. Bu nə daşdı bizim başımıza düşüb? axı əbədi yaşıyacağıq ki? ömrümüz qısadırsa bizə bir livan su verin bari. Portağal verin yeyim. Moz da istirəm. Hə qardaş mövzunu uçurdmuyaq. adım əbləğətdir soyadım ərqutan. Səmavarlara qənd ataram. az danışıb çox anlataram. Mənə deyərlər sən bir qəhrəmansan. Səni düz kəlləndən güllə ilə vuracaqlar. Sənə trajedilər yazılmalıdı. beynə batan adamsan sağol. get biraz kiflan get. Əslində kiflanlar üstə həmişə əsəblərim pozulubdur pisliklərdən. mütləq öldürəcəyəm hamısını. Mən bir qəhrəmanam soyadım isə Ərqutandır. Ərqutan deyə səslənsin bütün dünya. Superqəhrəmanam. Mənə midal lazımdı. Mırt adamam. Gəlsinlər belimə minsinlər olsun ancaq ki ziyalı adamam. xeyirli bəşərəm. istəsələr meymun da olaram. Mən insanlıq yolunda xoruz da olaram. mən özümü görsətməkdən heç də qorxmuram. Əslən qoy məni pisləsin bütün dünya. mən haqqamsa içimdə rahatam. hə adım Əbləğətdir soyadım isə Ərqutan. Gəlmiş geçmiş bütün tarixi olaylara tanığam. taleyimə qanığam. hərdən istərdim ki özümə qəsdim ola. başımı soxam suya. ancaq ki taleyimə qaneyəm. çox torpaqlı insanam. Əslində bunu mənə öyrətdi anam. mənə dedilər ki mərd ol balam. Dünyaya gələndə mərd ol. mən də gələn kimi mərd olmuşam. Mərd oğulam. Əlli yol da ölsəm bir daha gərək ki doğulam. Yaşamaq dəlisiyəm. dəmpayəmi də gətirməliyəm. Başım dəysə daşa, daş hirslənər deyər ki mənə Əbləğət başı dəyib yazıq olmuşam. Hah əslində soyuqdəymələrin də mənə dəyməsi yoxdur. bir arzum var əslən. Bilirəm ki hamı məni sevir. hamı bu arzumun gerçəklənməsini istəyir. Əslində Arzum budur ki bütün yetimlər ac qalmasın.

Bir adım var ona heyran olmuşam
gah yırtaram gah da ceyran olmuşam
olub bitib zaman geçib görünsə də
Yenə də yaxşı bir insan olmuşam
http://yaxshi.files.wordpress.com/2010/10/crazy_gaz__by_laurencecc.jpg?w=500&h=752

~ by Xoxan Q. on Oktyabr 24, 2010.

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

 
Follow

Get every new post delivered to your Inbox.