Xəyalları uçurd görüm
Fly by ~karolcia12
Yandır bir siqareti görüm. Görəsən əhvalatın necədi. Qandır özünü görüm. Əhvalatın biraz gecədir. Qış-qolun özünə tabe olmur. Qarqışın məni sığındırmır. Silik-milik sifətini silkələ daha. Səbirsiz ola bilməz ki axı. Daş devrində yaşamaq arzusunda yaşama sabahı. Sərin bir yel əsəndə o sənə görədir. Sərin bir düşüncə səndən öncədir. Aşdır aşılmamış divarzadı. Qaç qaçacağın yerə. Uç bacardığın göyə. Sənə kəlmə lazımdı qardaş-qurdaş. Sənin əlacın əldən ələ dolaşmır ki, dillərdə dəbəşir. Səp biraz duz beyninə. Səp biraz üz qəlbinə. Əsginən əsil yellər kimi. Əsməginən sellər kimi. As özünü ilköncə biraz. Özünü öz içində boğmağı öyrən lap az. Özünə üsyanı lazım elə. Lazımları daşırd düz yollara. Qaç biraz şaqalat ye. Qaç biraz da mavala. Aç tövlənin qapısın. Biraz da orda qal. Aç beyninə lazım olanları orda içinə al. Aç qal yana-yana. Qal baxa-baxa. Qurrdan qalmlş qurbağasan. Qardan qalmış qarğasan. Sən nə biçim adamsan ki. Sənsiz bir quş uçur. Sənsiz bir kəlmə hoppanır. Kəpiklənir çörəklər. Ürəklənir inəklər. Sən-mən deyə varmı bir sözümüz əslən. Özümə lazım imiş özüm. qafiyə lazım imiş. Lüzumsuz saniyə lazım imiş. Uç görüm. Uçurd məni də apar görüm.
Uç xəyalım, sənsiz olan əhvalıma qar yağıb
qarğalar, qurbağalar sənin üçün inək sağıb


