Rss feed nədir?
Niyə rss oxuyucusu işlədim?
Bulaqçılarımızdan bir neçə sualım olacaqdır.
Nə zamanacan başqa bulaqları oxumaq üçün, həmin bulaqların addresslərini birbirinin dalısıca yazıb dənə-dənə check edib oxumaq istəyisniz?
Siz 500 bulağı bir yerdə necə oxuya bilərsiniz?
Gündə bir saat internetə qoşulasınız vəya yarım saat ya da əslən gün boyu heç fərqi yoxdur. rss feed`i oxuyucuları vaxtınızın hədərə getməsinin qarşısını alacaqdır.
Ancaq niye google reader?
İndiyəcən istifadə etdiyim rss feed`i oxuyanların ən yaxşısı google reader olub mənim üçün. Düzdür ictimai imkanlar readerə əlavə olmamışdan öncə də mənim tərcihim reader idi. Ancaq ictimai imkanları da əlavə etdikdən sonra daha artıq üstünə rss feed`i oxuyan tanımaq olamz məncə.
Google readerin ictimai imkanları nədir?
Hərdən bir qrup bulaqçının readerə köçü görünmüş olan bir haldır. çünki orda olanda:
1-birbirinzin yazılarını yığcam halətdə və vaxtınız hədər olmadan görürsünüz
2-Xoşladığnız yazıları internetin hər yerində olsa dostlar ilə payılaşırsınız
3-Xoşladığınız yazıya like vurursunuz və bulağınızın like`ı çox olanda yazınızın hansı səviyyədə olduğunu dəyərləndiririsiniz.
4-yazılarınızın altında fikirlərinizi rahatca paylaşa bilirsiniz.
Niye facebook yox friendfeed yox və başqa ictimai məkanlar yox və reader!?
Yəni biz belə bir söz demirik çünki bunların hərəsi öz yeri var. Facebook məxsus rss oxuyucusu deyildir ancaq readerdə paylaşdığın yazılar orda da ola bilər. həm Friendfeed`də də ola bilərlər və … yəni bunlar hərəsi özünə məxsus bir yerlərdir. Readerində ola-ola facebookda ola bilərsən, friendfeed`də və bir sürü yerdə…. Ancaq ki bunların heçbiri google reader deyildir və google reader işlətmək onların yanında vacibdir.

Üstəki Fotoşəkildə sayılara diqqət etsəniz
1-ci yerdə yazını kimlər paylaşıb görünür.
2-ci, bu yazını bəyənənləri görsədir.
3-cü, sizin mövzulara böldüyünüz folderlərdəki feedləri və ya foldersiz feedləri nümayiş etdirir. Xülasə ki ordan nələri oxumaq istədiyinizi seçə bilərsiniz.
4-təqib elədiyiniz adamlar və dostlarınızın listidir və edə bilərsiniz ki onların çıtdanmış internetindən və ya paylaşdıqlarından bəhrələnəsiniz.
Təhqiqatınızı google`dən davam ediniz məncə.
İndi bəzi bulaqcıların arasında hərdən belə söhbət olur ki bulağıyın dəyəri feed`iyin google readerdə oxucusucadı. əlbəttə biz buna az inanırıq ancaq biraz düz sözdü.
Hələlik yazını uzaldmıram.
Gmail`iniz varsa demək ki google readeriniz də amadədir.
Posted in Uncategorized